...

Ağstafaçay su anbarında batanlardan birinin meyiti tapılıb

Hadisə Materials 12 Mart 2018 13:41 (UTC +04:00)
E.Məmmədovun meyiti batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ağstafaçay su anbarında batanlardan birinin meyiti tapılıb

Bakı. Trend:

10 mart 2018-ci il tarixində Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında batdığı ehtimal edilən 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun axtarışları bu gün davam etdirilib.

FHN-dən Trend-ə verilən məlumata görə, axtarışlara Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Axtarışlar nəticəsində E.Məmmədovun meyiti batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Axtarışlar davam edir. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti