Bakı. Trend:
Martın 12-də Qobustan qəsəbəsindəki evlərin birindən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, onlar Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.
Saxlanılan şəxslər Qobustan qəsəbəsindəki evlərin birindən 845 manat pul və 1500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nahid Həmidov və Amil Nəcəflidir.