...

Bərdədə yolu keçən qadını avtomobil vurub

Hadisə Materials 22 Mart 2018 16:22 (UTC +04:00)
Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bərdədə yolu keçən qadını avtomobil vurub

Bakı. Trend:

Martın 21-də saat 20 radələrində Bərdə şəhəri ərazisində şəhər sakini Sərvər İsmayılov idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmyerlisi Firəngiz Məhərrəmovanı vurub.

DİN-dən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti