...

Afrində partlayış: 3 türk hərbçisi şəhid oldu

Hadisə Materials 22 Mart 2018 17:35 (UTC +04:00)
Suriyanın Afrin şəhərində antiterror reydləri zamanı əl qumbarası partlayıb.
Afrində partlayış: 3 türk hərbçisi şəhid oldu

Bakı. Trend:

Suriyanın Afrin şəhərində antiterror reydləri zamanı əl qumbarası partlayıb.

Trend-in məlumatına görə, Türkiyənin baş naziri Binəli Yıldırım deyib ki, partlayış nəticəsində 3 nəfər türk əsgəri şəhid olub, daha 3 əsgər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti