...

Nazirlik palçıq vulkanı ilə bağlı məlumat yaydı - alov 150 metr yüksəkliyə qalxıb

Hadisə Materials 30 Mart 2018 12:49 (UTC +04:00)
29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.
Nazirlik palçıq vulkanı ilə bağlı məlumat yaydı - alov 150 metr yüksəkliyə qalxıb

Bakı. İlhamə İsabalayeva - Trend:

29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

ETSN-dən Trend-ə verilən məlumata görə, 7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın kraterindən təqribən 100-150 metr yüksəkliyə qalxıb. Vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 2,0 hektara qədər ərazini əhatə edib və qalınlığı 0,3-1,2 metr arasında dəyişir. Vulkanik ərazidə radial çatlar əmələ gəlib.

Qeyd edək ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər aparılır.

Ayrantökən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. İlk püskürmə 1964-cü ilin oktyabrında, son püskürmə isə 2008-ci ildə müşayiət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti