...

Gəncədə silsilə oğurluqlar edən şəxslər tutulub

Hadisə Materials 31 Mart 2018 14:52 (UTC +04:00)
Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər.
Gəncədə silsilə oğurluqlar edən şəxslər tutulub

Bakı. Trend:

Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin mart ayınadək olan müddətdə rayon ərazisində 17 avtomobildən güzgü, akkumulyator, maqnitofon, səsgücləndiricilər, 2 həyətyanı sahədən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar.

Kəpəz RPİ-də cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti