...

Paytaxtda yataqxanada yanğın olub, 10 nəfər təxliyə edilib

Hadisə Materials 20 Aprel 2018 15:23 (UTC +04:00)

Bakı. Trend:

Bakının Səbail rayonunda beşmərtəbəli yataqxana binasında yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yataqxananın 2-ci mərtəbəsinin dəhlizində 10 kv.m sahədə əşyalar, 20 p.m elektrik kabelləri və 1 ədəd su sayğacı yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti