...

Bulvarda 17 yaşlı qız dənizə düşüb

Hadisə Materials 20 Aprel 2018 15:50 (UTC +04:00)
Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.
Bulvarda 17 yaşlı qız dənizə düşüb

Bakı. Trend:

Dənizkənarı Milli Park ərazisində 17 yaşlı qız dənizə düşüb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 2001-ci il təvəllüdlü Qafarova Fatimeyi-Zəhra Şəfi qızı sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti