...

Bakıda xəstəxananın zirzəmisində yanğın olub

Hadisə Materials 21 Aprel 2018 10:37 (UTC +04:00)
Bakıda xəstəxanalardan birində yanğın baş verib. Bu barədə Trend-ə FHN-dən verilən məlumatda bildirilib.
Bakıda xəstəxananın zirzəmisində yanğın olub

Bakı. Trend:

Bakıda xəstəxanalardan birində yanğın baş verib. Bu barədə Trend-ə FHN-dən verilən məlumatda bildirilib.

Məlumata görə, paytaxtın Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunmuş və digər təhlükəsizlik tədbirləri görülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti