...

Sabunçuda avtomobil qaçıran şəxslər saxlanılıb

Hadisə Materials 1 May 2018 15:15 (UTC +04:00)
Paytaxtda avtomobil oğurları saxlanılıb.
Sabunçuda avtomobil qaçıran şəxslər saxlanılıb

Bakı. Trend:

Paytaxtda avtomobil oğurları saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini Ruslan Məmmədov aprelin 29-da gecə saatlarında Pirşağı qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Dərhal həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Abşeron rayon sakinləri Elnur Sədirxanov, Ceyhun Məhərrəmov və Samir Tağıyev olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti