...

Avtomobil qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar

Hadisə Materials 3 May 2018 18:04 (UTC +04:00)
Gədəbəy və Qubada avtomobil qaçırılıb.
Avtomobil qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar

Bakı. Trend:

Gədəbəy və Qubada avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Gədəbəy Rayon Polis Şöbəsinə müraciət edən Soyuqbulaq kənd sakini Məqsəd Qurbanov “Niva” markalı avtomobilinin axşam saatlarında şəhər ərazisindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan avtomobil qısa müddətdə Arıxdam kəndi ərazisində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri Əfqan Əliyev və Hafiz Abdullayev də müəyyən edilərək saxlanılıblar.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə mayın 1-də Dağlı kənd sakini Hacıağa Bayramovun qaçırılmış “UAZ” markalı avtomobili qısa zamanda Tülər kəndinin ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyyam Muradov isə saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti