...

Cəlilabadda 4,7 kq-dan çox heroin aşkar edilib

Hadisə Materials 9 May 2018 11:28
Cəlilabadda 4,7 kq-dan çox narkotik vasitə aşkar edilib.
Cəlilabadda 4,7 kq-dan çox heroin aşkar edilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində 4,7 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, mayın 7-də Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini İlham Şirinov saxlanılıb.

Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş İlham Şirinov saxlanılarkən üzərindəki siqaret qutularının içərisindən ümumi çəkisi 77,5 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evdən də 10 bükümdə ümumi çəkisi 4 kiloqram 668 qram narkotik vasitə heroin aşkarlanıb.

​Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti