...

Qubada mal-qara oğruları tutuldu

Hadisə Materials 11 May 2018 10:44 (UTC +04:00)

Bakı. Trend:

Qubada 13 baş qoyunu oğurlayan iki nəfər tutulub.

DİN-dən Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən mayın 7-də Məcid Hacıyevin həyətyanı sahəsindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Vəliyev və Səbətlər kənd sakini Amil Əmirov saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.

Dindirilmə zamanı A.Vəliyev və A.Əmirov törətdikləri cinayəti etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhərində yerləşən mal bazarında dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, onların başqa oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti