Azərbaycandan İrana Şotland cinsinə aid 10 pişiyin qaçaqmal yolu ilə keçirilməsinin qarşısı alınıb

Hadisə Xəbər 18 May 2018 13:09 (UTC +04:00)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2018-ci ilin 17 may tarixində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

DSX-dən Trend-ə verilən məlumata görə, həmin tarixdə saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən 1 qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti