...

Oğuzda qadın itkin düşüb (FOTO)

Hadisə Materials 23 May 2018 13:06 (UTC +04:00)
Oğuz rayonu sakini 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.
Oğuzda qadın itkin düşüb (FOTO)

Bakı. Trend:

Oğuz rayonu sakini 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyənədək geri qayıtmayıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov məlumat verib.

Onun əlamətləri belədir:

Boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, ( 055 ) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti