...

Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb

Hadisə Materials 25 May 2018 12:16 (UTC +04:00)
Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb
Bakıda itkin düşən 82 yaşlı qadın tapılıb

Bakı. Trend:

Mayın 23-də Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə həmin gün saat 16 radələrində 82 yaşlı V.Qafarovanın yaşadığı evdən çıxaraq geri qayıtmadığı barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, ailə üzvləri qadının anlaqsız vəziyyətdə olduğunu bildiriblər.

Məlumat aidiyyatı üzrə ötürülüb və dərhal polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qadın mayın 24-də saat 1 radələrində Sabunçu rayonu ərazisində 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tapılaraq 25-ci PŞ-yə gətirilib.

Polis əməkdaşları bu barədə V.Qafarovanın ailə üzvlərinə məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti