...

DİN: İyunun 1-də baş verən yol qəzalarında 21 nəfər xəsarət alıb

Hadisə Materials 2 İyun 2018 09:33 (UTC +04:00)
İyunun 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb.
DİN: İyunun 1-də baş verən yol qəzalarında 21 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

İyunun 1-də respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, baş verən cinayətlərin 23-ü “isti izlər”lə açılıb. Məlumata görə, həmin gün əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Gün ərzində respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Məlumata görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti