...

Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)

Hadisə Materials 12 İyun 2018 11:01 (UTC +04:00)
Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb.
Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)

Bakı. Trend:

Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti