...

CAR-da məscidə hücum - İki ölü, yaralı var

Hadisə Materials 14 İyun 2018 11:51 (UTC +04:00)
Cənubi Afrika Respublikasında naməlum şəxs məscidə hücum edib
CAR-da məscidə hücum - İki ölü, yaralı var

Bakı. Trend:

Cənubi Afrika Respublikasında (CAR) naməlum şəxs məscidə hücum edib.

Trend-in məlumatına görə, bıçaqla hücum nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

Hücum edən şəxs daha sonra polis tərəfindən zərərsizləşdirilib.

Hadisə şahidləri hücum edənin əcnəbi olduğunu bildiriblər. Polis isə saxlanılan şəxsin kimliyini açıqlamayıb. İnsidentlə bağlı araşıdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti