...

Göyçay sakinində külli miqdarda marixuana aşkar edilib

Hadisə Materials 28 İyun 2018 12:42 (UTC +04:00)
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Göyçay sakinində külli miqdarda marixuana aşkar edilib

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DIN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan rayonun I Ərəbcəbirli kənd sakini Kamil Qəndəliyevdən şəxsi axtarış zamanı 3,48 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Evin həyətyanı sahəsindəki tikilidən də 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti