...

Sabirabadda qonşusunun maaş kartını oğurlayan şəxs tutulub

Hadisə Materials 6 İyul 2018 11:11 (UTC +04:00)
İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.
Sabirabadda qonşusunun maaş kartını oğurlayan şəxs tutulub

Bakı. Trend:

İyulun 5-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini Z.Mirzəyeva iyun ayının 30-na keçən gecə mənzilindən maaş kartının oğurlandığını və hesabındakı 500 manatın çıxarıldığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qonşu qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

X.Əhədova qonşusunun evindən kartı oğurladıqdan sonra kodu üzərində olduğundan həmin məbləği çıxararaq xərclədiyini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti