...

Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb

Hadisə Materials 20 İyul 2018 09:48 (UTC +04:00)
Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır
Yaponiyada daşqınlarda ölənlərin sayı 225-ə çatıb

Bakı. Trend:

Yaponiyanın cənub-qərb və mərkəzi rayonlarında daşqınlar nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb, 14 nəfər isə itkin düşmüş sayılır.

Trend-in məlumatına görə, təxliyə məntəqələrində hələdə 4,5 min insan qalır.

Məlumata görə, təbii fəlakət 36 prefekturaya ümumilikdə 697 milyon dollara yaxın zərər vurub.

Qeyd edək ki, iyulun ilk həftəsi Yaponiyanın cənub-qərb və mərkəzi hissəsində güclü leysan yağışları yağıb. Yağışlar torpaq sürüşmələrinə və daşqınlara səbəb olub. Bəzi çaylarda suyun səviyyəsi qalxaraq xeyli ərazini su altında qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti