...

Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək

Hadisə Materials 25 İyul 2018 21:02 (UTC +04:00)
Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək.
Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışları səhər saatlarından davam etdiriləcək

Bakı. Trend:

Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları sabah səhər saatlarından etibarən davam etdiriləcək.

FHN-dən Trend-ə verilən məlumata görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Qeyd edək ki, axtarışlar bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti