...

Mer güllələnərək qətlə yetirildi

Hadisə Materials 5 Sentyabr 2018 13:27 (UTC +04:00)
Filippində Ronda şəhərinin meri qətlə yetirilib.
Mer güllələnərək qətlə yetirildi

Bakı. Trend:

Filippində Ronda şəhərinin meri qətlə yetirilib. Trend-in məlumatına görə, hadisə Sebu əyalətində 4 naməlum şəxs tərəfindən törədilib.

Şəhərin meri Mariano Blanko ofisində güllələnib.

Qeyd edək ki, Filippində iyul ayında da iki oxşar hadisə baş vermişdi. Həmin vaxt Tanavan şəhərinin meri Antonio Xalili güllələnmişdi. Digər bir bələdiyyə meri Tinio Ferdinand Bote isə Nueva-Esiha əyalətində öz avtomobilində qətlə yetirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti