Bakı. Trend:
Şirvan sakininin həyətində narkotik vasitələr aşkarlanıb.
DİN-dən Trend-ə verilən məlumata görə, Şirvan ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Məmmədova məxsus həyətyanı sahəyə baxış zamanı 478 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.