...

Kürdə tapılan meyitin kimliyi məlum olub (YENİLƏNİB)

Hadisə Materials 6 Sentyabr 2018 16:08 (UTC +04:00)
Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.
Kürdə tapılan meyitin kimliyi məlum olub (YENİLƏNİB)

Bakı. Trend:

Avqustun 29-da Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 20 yaşlı Quliyev Elxan Vüsal oğlunun axtarışları başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Axtarışlar zamanı aşkar edilmiş meyitin E.Quliyevə aid olduğu müəyyən olunub.

X X X

14:56

Kür çayının Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində avqustun 29-da batdığı ehtimal olunan 1998-ci il təvəllüdlü Quliyev Elxan Vüsal oğlunun axtarışları aparılan zaman Kür çayının Tovuz rayonunun Əyyublu kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyiti aşkar edilib.

FHN-dən Trend-ə verilən məlumata görə, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verib. Hazırda meyitin kimliyinin müəyyən olunması üçün zəruri tədbirlər görülür. Axtarışlar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti