...

Lənkəranda 9 otaqlı ev yanıb

Hadisə Materials 8 Sentyabr 2018 13:54 (UTC +04:00)
Lənkəranda 9 otaqlı ev yanıb
Lənkəranda 9 otaqlı ev yanıb

Bakı. Trend:

Lənkəranda 9 otaqlı ev yanıb.

FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Ləj kəndində ümumi sahəsi 264 kv.m olan ikimərtəbəli 9 otaqlı evin 1 otağının döşəməsi 0,5 kv.m sahədə, ev əşyaları 2 kv.m sahədə, yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti