...

Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb (FOTO/VİDEO)

Hadisə Materials 13 Sentyabr 2018 13:57 (UTC +04:00)
Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb.
Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gömrükçülər Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən dərmanlar aşkarlayıb.

DGK-dan Trend-ə verilən məlumata görə, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz C 180" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində "Etambutol" yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində "Karipazim" yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti