...

Kürdəmirdə qətl hadisəsi baş verib

Hadisə Materials 19 Sentyabr 2018 13:56 (UTC +04:00)
Münaqişə zəminində tüfəngdən açdığı atəşlə Kürdəmir şəhər sakini E.Məmmədova ölümcül xəsarət yetirib hadisə yerini tərk etmiş M.Əhmədov saxlanılıb
Kürdəmirdə qətl hadisəsi baş verib

Bakı. Trend:

Kürdəmirdə qətl hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Kürdəmir şəhərinin C.Cabbarlı küçəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əhmədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elsevər Məmmədova xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş E.Məmmədov ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əhmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi “Girsan” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti