...

Sumqayıtda dükan sahibini öldürən satıcının məhkəməsi başladı

Hadisə Materials 20 Sentyabr 2018 13:47 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sumqayıtda dükan sahibini öldürən satıcının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib.

İttihama görə, bu ilin may ayında Sumqayıt şəhər ərazisində yerləşən gül mağazasının sahibi Vüqar Quliyev öz mağazasında qətlə yetirilib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən Vüsal Novruzov saxlanılıb.

V.Novruzov əvvəllər V.Quliyevin satıcısı işləyib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti