Bakı. Trend:
Fransanın Qrand-Sent rayonunda polis antiterror əməliyyatı keçirir.
Trend-in məlumatına görə, əməliyyat çərçivəsində 11 nəfərin saxlanıldığı bildirilir.
Məlumata görə, təxminən 200 polisin iştirakı ilə genişmiqyaslı antiterror əməliyyatı səhər saatlarında "Centre Zahra France" (Fransa Zəhra Mərkəzi) müsəlman təşkilatının mənzil qərargahında başlayıb.
Bildirilir ki, bu təşkilatın rəhbərləri "bir neçə terror təşkilatına" yardımda şübhəli bilinirlər.
Həmin şəxslərin evlərində də axtarışlar aparıldığı qeyd edilir.
Əməliyyat hələ davam edir.