Bakı. Trend:
Ukraynanın Odessa vilayətində beş nəfər Sibir xorası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, xəstəliyə yoluxma halı Menyaylovka kəndində qeydə alınıb.
Sibir xorasının yayılmasının qarşısının alınması üçün kəndə giriş-çıxışlar bağlanıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.