Bakı. Samir Əli - Trend:
Məhkumun həbs edilməmişdən əvvəl torpağa basdırdığı tüfəng tapıldı.
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Penitensiar Xidmətin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Zaqatala rayon Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş Mahmudov Qılman Rüfət oğlunun həbs edilməmişdən əvvəl yaşadığı Zaqatala rayonu Çardaxlar kəndinin fərdi yaşayış evinin həyətində olan ot tayasının altında torpağa basdırılmış tüfəng aşkar edilərək götürülüb.
Fakt üzrə Zaqatala rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.