Bakı. Trend:
Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, noyabrın 13-də saat 1 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində Astara rayon sakini Maarif Cabbarov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Rəhmin Əsədullayevi və Bakı şəhər sakini Aydın Cənnətovu vurub. Nəticədə A.Cənnətov hadisə yerində ölüb, R.Əsədullayev isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.