...

Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb

Hadisə Materials 19 Noyabr 2018 15:56 (UTC +04:00)
Avtomobillə Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.
Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb

Bakı. Trend:

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində idarə etdiyi avtomobillə Ağsu rayon sakinini vurmaqda şübhəli bilinən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 18-də saat 14 radələrində Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisində müəyyən edilməmiş avtomobillə Ağsu rayon sakini Həkim Muradov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törətməkdə şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Türkəndi kənd sakini Kənan Məhərrəmov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti