...

Bakıda güclü külək binanın damında olan su çənini uçurdu (FOTO)

Hadisə Materials 30 Noyabr 2018 14:14 (UTC +04:00)
Bakıda ötən gün əsən güclü külək binanın damında yerləşən su çənini uçurub.
Bakıda güclü külək binanın damında olan su çənini uçurdu (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakıda ötən gün əsən güclü külək binanın damında yerləşən su çənini uçurub.

Trend-in məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 109-113 ünvanında qeydə alınıb.

Çən binanın önünə, giriş-çıxış olan hissəyə düşüb. Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.

Qeyd edək ki, ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb. Paytaxtın əsasən Yasamal və Nəsimi rayonlarında olmaqla ağac aşması ilə bağlı Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə 76 müraciət daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti