Balə Trend:
Bərdə rayonunda avtomobil yanıb.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Divanlı kəndində “Mercedes” markalı mikroavtobusun mühərriki və salonu qismən yanıb.
Mikroavtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.