...

Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Hadisə Materials 5 Yanvar 2019 10:51 (UTC +04:00)
Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, təbii fəlakət səhər saatlarında qeydə alınıb.

Yeraltı təkanlar yerin 18,3 kilometr dərinliyində, Mərmərə dənizində qeydə alınıb.

Hər hansı bir itki və ya fəsadların olması barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti