...

Binəqədi-Balaxanı yolunda evakuatorla sərnişin avtobusu toqquşub, xəsarət alan var

Hadisə Materials 6 Yanvar 2019 19:56 (UTC +04:00)
Binəqədi-Balaxanı yolunda yol nəqliyyat hadisəsi baş verib.
Binəqədi-Balaxanı yolunda evakuatorla sərnişin avtobusu toqquşub, xəsarət alan var

Bakı. Samir Əli - Trend:

Binəqədi-Balaxanı yolunda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qəza saat 17:00 radələrində baş verib: ""Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib. Hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti