...

Sabirabadda 3 otaqlı ev yanıb

Hadisə Materials 13 Yanvar 2019 19:51 (UTC +04:00)
Sabirabadda yanğın qeydə alınıb
Sabirabadda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Sabirabadda yanğın qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabirabad rayonunun Qalağayın kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının döşəməsi 3 m² sahədə və içərisində 1 ədəd divan yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti