...

Bakıda qanunsuz parklanmaya görə ay yarıma 53 mindən çox protokol tərtib edilib

Hadisə Materials 22 Yanvar 2019 17:19 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində paytaxtda qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib.
Bakıda qanunsuz parklanmaya görə ay yarıma 53 mindən çox protokol tərtib edilib

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində paytaxtda qanunsuz parklanma ilə bağlı 53 mindən artıq protokol tərtib edib.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Agentliyin idarə heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimlinin sözlərinə görə, küçələrdə qanunsuz parklanmalar biabırçı vəziyyət yaradıb: "Bakıda 35 qapalı park yerləri olduğu halda sürücülər küçələrdə avtomobilləri qanunsuz park edirlər. Məsələn, Qış parkında qapalı park var, amma sürücülər həmin parkın yanında küçədə avtomobilləri qanunsuz saxlayırlar.

Bizim məqsədimiz vətəndaşları incitmək deyil, onların təhlükəsiz və rahat hərəkətini təmin etməkdir. Tıxaclar vətəndaşların rahatlığını pozur, əsəblərinə təsir edir. Biz bu cür halların qarşısını almaq istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti