...

Tretyakov Qalereyasından oğurluq edən şəxs tutuldu

Hadisə Materials 28 Yanvar 2019 10:05 (UTC +04:00)
Tretyakov Qalereyasından Arxip Kuincinin "Ay Petri. Krım" adlı rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Tretyakov Qalereyasından oğurluq edən şəxs tutuldu

Bakı. Trend:

Moskvada məşhur Dövlət Tretyakov Qalereyasından Arxip Kuincinin "Ay Petri. Krım" adlı rəsm əsərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bunu Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib.

Polis 31 yaşlı kişini Moskva vilayətinin Odintsovski rayonunun Zareçye qəsəbəsində saxlayıb.

İlkin ehtimala əsasən, cinayət tamahkarlıq məqsədilə törədilib.

Hazırda bu işdə digərlərinin də əlinin olub-olmaması araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Rəsm əsərinin sığorta dəyəri təqribən 180 min dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti