...

İsmayıllıda qanunsuz saxlanılan silahlar müsadirə olunub

Hadisə Materials 28 Yanvar 2019 14:44 (UTC +04:00)
İsmayıllıda qanunsuz saxlanılan silahlar müsadirə olunub
İsmayıllıda qanunsuz saxlanılan silahlar müsadirə olunub

Bakı. Trend:

İsmayıllıda qanunsuz saxlanılan silahlar müsadirə olunub.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokool tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təklüləli ov silahı tapılaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti