...

Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 5 Fevral 2019 16:28 (UTC +04:00)
Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmazda evdən məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən təmir-tikinti aləti, su mühərriki və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Faktla bağlı Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli 22 yaşlı Samir Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus evin birinci mərtəbəsində yerləşən saxlanc yerinə şüşəni sındırma yolu ilə qanunsuz daxil olduğunu, oradan bir ədəd monitor, bir ədəd elektrik təsərrüfat mişarı və su nasosu, bir ədəd video müşahidə kamerası, bir ədəd peyk antena, bir ədəd tonometr (təzyiq ölçən) və fanendaskop (ürək döyüntülərini müəyyən edən cihaz) oğurladığını bildirib.

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti