...

Türkiyədə dərslər dayandırıldı - Qasırğa var

Hadisə Materials 6 Fevral 2019 13:20 (UTC +04:00)
Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa ilə əlaqədar dərslər dayandırılıb
Türkiyədə dərslər dayandırıldı - Qasırğa var

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin cənub-qərbindəki Antalya vilayətində qasırğa ilə əlaqədar dərslər dayandırılıb.

Trend-in məlumatına görə, səhər saatlarından başlayaraq ölkənin cənub-qərbində güclü küləklər əsir.

Bildirilir ki, qeyri-sabit hava daha çox Antalyada müşahidə olunur. Qeyd olunur ki, bölgədə küləyin sürəti saatda 200 kilometrə çatır.

Hər hansı bir fəsad və ya itkilər barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti