...

Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurladı və...

Hadisə Materials 19 Fevral 2019 17:06 (UTC +04:00)
Bakıda gözəllik salonundan xeyli pul və 7 min manatlıq süni saçlar oğurlayan şəxs ələ keçdi.
Bakıda gözəllik salonundan 7 min manatlıq süni saç oğurladı və...

Bakı. Samir Əli - Trend:

Yanvarın 26-na keçən gecə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsindəki gözəllik salonlarının birindən 8000 manat pul və 7000 manat dəyərində süni saçların oğurlanması barədə 17-ci Polis şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Ə.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti