...

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

Hadisə Materials 20 Fevral 2019 13:49 (UTC +04:00)
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb
Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb

Bakı. Trend:

Şəki və Oğuz sakinlərindən ov tüfəngləri götürülüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Böyük Dəhnə kənd sakini F.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.

Oğuz RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Daşağıl kənd sakini M.Haşımovun evindən müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti