...

Bakıda futbol məktəbində yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 2 Mart 2019 10:53 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbinin ərazisində baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib.

X X X

Saat 10:05

Paytaxtda futbol məktəbi yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın Bakı şəhərinin Binəqədi rayonundakı futbol məktəbində qeydə alınıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti