Ölkədə 900-dən çox şəxsə elektron qolbaq tətbiq edilir (FOTO)

Ölkədə 900-dən çox şəxsə elektron qolbaq tətbiq edilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin və Mətbuat Şurasının ədliyyə və məhkəmə fəaliyyəti barədə ictimaiyyətin daha geniş məlumatlandırılması və əhalinin hüquqi biliklərinin artırılması ilə bağlı birgə layihəsinə start verilərək media nümayəndələrinin iştirakı ilə nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə silsilə tədbirlər, mətbuat konfransları və brifinqlər keçirilir.

Nazirliyin mətbua xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da nazirliyin icra, probasiya, istintaq və cəzaların icrasına nəzarət üzrə müfəttişliyin fəaliyyətinə və yeniliklərə həsr olunmuş brifinq keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyinin aidiyyəti qurumlarının və Mətbuat Şurasının rəhbərliyi və əməkdaşları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri, çoxsaylı kütləvi informasiya vasitələrinin rəhbərləri, jurnalistlər iştirak ediblər.

Tədbirin açılışında Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli çıxış edərək bildiriblər ki, brifinqin keçirilməsində məqsəd Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrini genişləndirmək, onların nazirliyin maarifləndirmə işlərində, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasında iştirakını yaxından təmin etməkdir.

Eyni zamanda, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, vəzifələri, bu sahədə həyata keçirilən islahatlar və yeniliklər barədə məlumat verilib, nazirliyin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğu, kütləvi informasiya vasitələri ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. Bildirilib ki, belə tədbirlər mütəmadi xarakter daşımaqla nazirliyin bütün fəaliyyət istiqamətlərini əhatə edəcəkdir.

Sonra İcra baş idarəsinin rəisi – baş icra məmuru Nurəddin Mustafayev, Probasiya xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov, İstintaq idarəsinin rəisi Zakir Qafarov və Cəzaların icrasına nəzarət üzrə Müfəttişliyin rəisi Malik Ələkbərov çıxış edərək bu sahələrdə fəaliyyətin təşkili, həyata keçirilən tədbirlər və müvafiq statistik göstəriciləri diqqətə çatdırıblar.

Bildirilib ki, Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi ilbəil artıb. 2018-ci ildə 900 minə yaxın icra işi olub, onlardan 60.5 faizinin icrası təmin edilib. Həmçinin, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə 1.1 milyard manatdan çox vəsait ödətdirilib.

Eyni zamanda, icra qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, "elektron icra" sisteminin tətbiqi bu sahədə işin daha səmərəli təşkilinə xidmət etdiyi vurğulanıb, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın - "Azərbaycan Respublikasının İcra Məcəlləsi" layihəsi barədə məlumat verilib.

Brifinqdə dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verilib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanıldığı, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzinin yaradıldığı bildirilib, hazırda azadlıqdan məhrumetməyə alternativ cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 900-dən çox şəxsə elektron qolbaq tətbiq edildiyi vurğulanıb.

Həmçinin xidmətin ictimai işlər növündə cəzanın icrası sahəsində fəaliyyətindən bəhs olunub, ötən il məhkəmənin qərarlarına əsasən 1.030 şəxsin ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edildiyi bildirilib. Qeyd olunub ki, bu cəzanın formal icrasının qarşısının alınması ilə bağlı əməli işlər görülüb, o cümlədən cəzanın icrasına effektiv və asan nəzarətin həyata keçirilməsində müasir texnologiyaların tətbiqi üzrə tədbirlər görülür.

Eyni zamanda, nazirliyin cəzaların icrasına nəzarətin həyata keçirilməsində, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasında fəaliyyətindən bəhs olunub.
Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurasının idarə heyətinin üzvləri - Azər Həsrət, "Teleqraf holdinq"in rəhbəri Aynur Camalqızı, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və digər çıxış edənlər bildiriblər ki, bu cür tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

Tədbirin sonunda KİV nümayəndələri Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olublar.

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Loading Bars
Xəbər lenti
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Türkiyə Liviyaya COVID-19-a qarşı vaksin göndərir (FOTO)
İşğaldan azad olunan ərazilərə ceyranlar buraxılacaq
“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspres konteyner blok qatarı Bakıya çatıb
Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi
Ukrayna Baş nazirinin müavini Ağdama gedib (FOTO)
Azərbaycanda nikah və boşanmaların sayı məlum olub
Azərbaycan və Belarus prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO)
Azərbaycan-Belarus sənədləri imzalanıb (FOTO)
Yeni doğulan körpələrin 53,2 faizi oğlandır
Azərbaycan əhalisinin sayı açıqlanıb
Hesab.az fəaliyyətinin 10-cu ilini qeyd edir
Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib
Putin vaksinin ikinci dozasını vurdurub
UNEC təkrar ali təhsilə sənəd qəbulu elan edir
İranda koronavirusdan gündəlik ölüm halı 300-ü keçib
Azərbaycan Türkiyədən 100 milyon dollarlıq kimyəvi məhsul idxal edib
Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - Sərəncam
Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb
Xətai rayonunda küçələr abadlaşdırılır (FOTO)
Aleksandr Lukaşenko: Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb
Prezident İlham Əliyev: Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır
"Sən tək deyilsən, biz səninləyik!" adlı psixoloji debat keçirilib (FOTO)
Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisi sahəsində əməkdaşlığa dair sənəd imzalanıb (FOTO)
Evini tərk edən daha 5 koronavirus xəstəsi aşkarlandı, 2 nəfərə cinayət işi başlandı
246 min fermerə payızlıq əkinlərə görə subsidiya ödənilib
Sabah 25 dərəcəyədək isti olacaq
Türkiyə ilk "hava-hava" tipli raketini sınaqdan keçirib (VİDEO)
Banka yaxınlaşmadan hesab açılması prosedurunu səmərəli etmək lazımdır - Assosiasiya rəhbəri
Mədəni və dini abidələrimizə qarşı erməni vəhşiliyi - ŞƏRH
“Elmlər Akademiyası” stansiyasında relslərdəki ağac şpallar dəmir-beton şpallarla əvəzlənir (FOTO)
Naqif Həmzəyev Çin səfiri ilə görüşüb (FOTO)
Mobil bankçılıq sahəsində islahatlar təkmilləşdirilir
Ermənilər Hərbi Qənimətlər Parkından dərs götürsünlər - Hərbi ekspert (VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşır
GiLTEX müştərilərini Sumqayıtda yeni magazasında salamlamağa hazırdır (FOTO)
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü olub (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Bakı Slavyan Universitetinin professor-müəllim heyəti vaksinasiyada fəal iştirak edir
Ramazanda düzgün və balanslı qidalanma
Macarıstan şirkətləri Qarabağın bərpası üzrə biznes forumda iştirak edə bilər
Bu bank kartları ilə əməliyyatlar müvəqqəti dayandırılacaq
Pandemiya dövründə mobil bankçılıq vasitəsilə əməliyyatlar artıb - Mərkəzi Bank
Odlar Yurdu Universiteti bu ixtisaslar üzrə işə qəbul elan edir
Mart ayında elektrik enerjisi istehsalı artıb
Paşinyan sabiq baş qərargah rəisini yalan danışmaqda ittiham etdi
Şəkidə qayınanasını qətlə yetirən şəxsin işi məhkəməyə göndərilib
"8 Noyabr" prospekti 10 kilometrə qədər uzadıldı
Bərdədə cinayət törədən şəxslər saxlanılıb
Azərbaycan nefti bahalaşır
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
İtaliya ermənipərəst dairələrin təzyiqinə məhəl qoymadı - Politoloq
Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır
Yeni Bakı-Quba yolunun 16-30-cu kilometrliyində təmir işlərinin 1-ci hissəsi bitib (FOTO)
Saatlıda yas mərasimləri aşkar edilib
BP "Azəri-Çıraq-Günəşli" blokunda texniki xidmət proqramlarını reallaşdıracaq
Oğuzda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır
Moody's Xalq Bankın reytinq üzrə proqnozunu iki pillə yüksəldib
Prezident İlham Əliyev verdiyi vədlərin hamısını yerinə yetirib - Deputat
Orta aylıq pensiya 12% artaraq 332 manata çatıb
Sumqayıtda zavod ərazisində top mərmisi tapılıb (FOTO)
“AccessBank” tender elan edir
Türkiyədə yük qatarı qəzaya uğrayıb
"Vestel Azərbaycan"dan qazandıran yenilik
Bütün xəbərlər