...

Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü ələ keçdi

Hadisə Materials 20 Mart 2019 12:54 (UTC +04:00)
Bakıda ana və azyaşlı qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Ana və azyaşlı qızını vurub hadisə yerindən qaçan sürücü ələ keçdi

Bakı. Trend:

Bakıda ana və azyaşlı qızını vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət ediblər.

Nizami rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti